“Bakı Metropoliteni”nin sabiq rəisi vəfat etdi - FOTO

Bakı Metropoliteninin əməkdaşı vəfat edib.
Metropolitenin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov dünyasını dəyişib.
Qeyd edək ki, Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə bitirib.
O, Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb və metropoliten rəisi vəzifəsinə qədər şərəfli əmək yolu keçib. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olub.
C.Yusifov 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib. O, sonrakı illərdə əmək fəaliyyətini başa vurana qədər Bakı metropolitenində müxtəlif vəzifələrdə davam etdirib.
C.Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb. Bakı metropolitenində göstərdiyi xidmətlərə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib. (oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












