Bakıda 25 min manatlıq lotereya dələduzluğu

Bakıda lotereya oyunları təşkil etmək adı ilə dələduzluq cinayəti baş verib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, G.Sadıqzadə adlı şəxs lotereya oyunları təşkil edəcəyini vəd etməklə bir neçə nəfərdən ümumilikdə 25 700 manat alıb. Lakin vədini yerimə yetirməyib. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına müraciətindən sonra G.Sadıqzadə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı G.Sadıqzadə verilmiş ittiham üzrə özünü qismən təqsirli sayıb. O, iddia edib ki, dələduzluq etmək niyyəti olmayıb. Məhkəmənin hökmü ilə G.Sadıqzadəyə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun tutulduğu 2 gün 1 günə 2 hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












