Bakıda 25 yaşlı oğlan balta ilə ata-anasını, qardaşını, bacısını və onun övladını qətlə yetirdi - FOTO

Hadisə 13 Fevral 2024 19:22 Oxunub 15230
Bakıda 25 yaşlı oğlan balta ilə ata-anasını, qardaşını, bacısını və onun övladını qətlə yetirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qız övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

***

3 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Xətai rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Qaynarinfo-ya daxil olan məlumata görə, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin direktoru olub. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında da qeyd edilib. 

Bikə Əhmədova 01.09.2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, ailə üzvlərinin qətlində şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.

APA xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.

Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu qətlə yetirib.

Hadisə barədə polisə qonşular məlumat veriblər.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.

***

Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova məktəb direktoru olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub. 

***

Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Xəbərə görə, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh