Bakıda avtomobildən 38 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldı - VİDEO

Paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı Yeni Günəşli və Zığ qəsəbələrində baş verən oğurluq hadisələrinin üstü açılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, paytaxt sakinlərindən biri avtomobilindən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Mehralıyev və qohumu Zamin Mehralıyev saxlanılıblar.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərin şüşələrini qıraraq maqnitofon, həmçinin digər qiymətli əşyalar oğurlayan Əli Səfərov və Zığ qəsəbəsində yerləşən obyektlərdən birindən 2500 manat dəyərində qapı, pəncərə və dəmir avadanlıqlar oğurlayan əvvəllər məhkum olunmuş Əhməd Cəfərov saxlanılıb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmçinin son bir-neçə gündə əhali ilə aparılan profilaktik söhbətlər nəticəsində Suraxanı rayon sakinlərində saxlanılan 5 ədəd müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri polisə təhvil verilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












