Bakıda at əti satan məntəqə aşkarlandı

Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, döngə 1 ünvanında fəaliyyət göstərən ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
AQTA-dan Avtosfer.az-a verilən xəbərə görə, baxış zamanı ət satışı məntəqəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məntəqədə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarının pozulduğu məlum olub.
Yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, mənşəyi məlum olmayan, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ tələblərə cavab verməyən 40 kq istehlaka yararsız ət aşkarlanıb. Laborator müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, ətlərdə at DNT-si və bakterioloji çirklənmə aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Mal əti adı altında istehlakçılara təqdim olunan məhsulların satışa çıxarılmasının və dövriyyəyə buraxılmasının qarşısı alınıb, müəssisənin fəaliyyəti dayandırılıb və sahibkar inzibati məsuliyyətə cəlb olunub.
AQTA bir daha istehlakçıları diqqətli olmağa çağırır, ət alarkən cəmdəyin üzərində möhürün olmasını və sağlamlığını təsdiq edən baytarlıq sənədini tələb etmələrini tövsiyə edir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












