Bakıda ata və oğul hücuma MƏRUZ QALIB - VİDEO

Bakının Yasamal rayonu, Əsəd Əhmədov küçəsində kütləvi dava olub.
Pivəxanadan çıxan sərxoş şəxslər binanın sakinləri ilə əlbəyaxa dava ediblər. Hadisə bir neçə gün əvvəl gecə satlarında baş verib.
Bina sakini, həm də zərərçəkmiş Vüqar Hüseynov iddia edir ki, gecə saatlarında birinci mərtəbədə olan pivəxanadan çıxan bir qrup şəxs telefonla yüksək səslə danışıb, söyüş söyürmüş. Vüqarın yanında olan oğlu onlara bunu irad tutub. Elə dava da bundan sonra baş verib.
Qeyd edək ki, zərərçəkmişin istəyi ilə onu üzübağlı formada təqdim edirik.
Hadisədən sonra Vüqar Hüseynov Daxili İşlər Nazirliyinin 102-i xidmətinə məlumat verib. Bundan sonra o, üz nahiyəsindən xəsarət aldığı üçün ekspertizaya gedib.
Həm sözügedən dava, həm də sakinlərin narazılığı ilə bağlı həmin pivəxanaya getdik. Bizi qapıda qarşılayan Elvin adlı şəxs sakinlərin iddialarını əsasız hesab etdi.
Hadisəni polis də nəzarətə götürüb.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan videogörüntülərdəki digər şəxslərin də bu cinayətdə iştraklarının olub-olmaması araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












