Bakıda atasının telefonunu oğurlayıb satan gənc həbs olunub

Bakıda atasının telefonunu oğurlayıb satan 23 yaşlı gənc həbs olunub. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində atasına məxsus mobil telefonu oğurlayan 23 yaşlı gənc inzibati qaydada bir ay müddətinə həbs edilib. Məlumata görə, Sərdar Cəlalov (ad-soyad şərtidir) atasının “Samsung A23” markalı telefonunu 60 manata satıb. Ata məhkəmədə oğlundan şikayətçi olaraq bildirib ki, iki il əvvəl aldığı telefonu oğurlayıb satan oğlunu bağışlamır.
Zərərçəkmiş ata ifadəsində deyib:
"Oğlum avara-avara gəzir, işləmir. Özüm isə tikintidə fəhlə işləyirəm. Yoldaşım 1 il 3 aydır rəhmətə gedib, heç kimim yoxdur. Üstəlik, maaş kartımdan 311 manat da götürüb”.
Qeyd edək ki, 23 yaşlı gəncin daha bir epizod üzrə Qəbələ sakininə məxsus 10 kiloqram fındığı oğurladığı da müəyyən edilib. Zərərçəkmiş şəxs hava şəraiti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyib.
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB












