Bakıda avtomobil dayanacaqda gənc qızı vurub
Hadisə
22 Dekabr 2023 09:20
Oxunub 602

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil dayanacaqda avtobus gözləyən 1996-cı il təvəllüdlü İmanova Suğra Nazim qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. (report)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













