Bakıda DƏHŞƏTLİ OLAY: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı - FOTO - YENİLƏNİB

Bakıda dəm qazından zəhərlənən 21 yaşlı oğlan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Məlumatda bildirilir ki, iyunun 7-də saat 16:40 radələrində Nəsimi rayonu, 20 yanvar ərazisində dəm qazından zəhərlənmə səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
"Hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.
Qeyd edək ki, hadisə yerində iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***11:48
Bakıda bir ailənin 3 üzvü mənzildə dəm qazından zəhərlənib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 7-də paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib. 1974-cü il təvəllüdlü Əbülfəz Əbiyev və oğlanları - 2005-ci il təvəllüdlü Nurlan Əbiyev və 2013-cü il təvəllüdlü Kamran Əbiyev dəm qazından zəhərləniblər. Hadisə nəticəsində Ə.Əbiyev və oğlu Kamran ölüblər, Nurlan Əbiyev isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***10:36
Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində faciəvi hadisə baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.
İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.

Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü
1 aydır itkin düşən qadın İmişlidə tapıldı - FOTO - YENİLƏNİB
Oğuzda irigövdəli ağac magistral yola aşdı, hərəkət dayandı - VİDEO
Məşhur musiqiçinin itkin düşən oğlu ölü tapıldı - FOTOLAR
Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar - VİDEO
Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşına höküm oxundu - 5 il 6 ay
Sarayda müəllim şagirdi vurub? – AÇIQLAMA - FOTO
Göygöldə torpaq sürüşüb, avtomobil yolunda çətinliklər yaranıb - VİDEO
Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri ÖLDÜ - FOTO
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO










