"5 gündür qızım Zeynəbdən və uşaqlarından xəbərim yoxdur” - VİDEO

Övladları ilə birgə yoxa çıxan azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının anası Solmaz Cavadlı videomüraciət ünvanlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün yaydığı müraciətində Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı olan qızından və nəvələrindən 5 gündür heç bir məlumat ala bilmədiyini qeyd edib.
“Mən bir ana kimi çox həyəcanlıyam. Artıq 5 gündür ki, qızım Zeynəbi və uşaqlarını hara aparıblar, necə aparıblar, heç bir xəbərim yoxdur. Qızımı və nəvələrimi axtarıram. Bu videonu çəkməkdə məqsədim odur ki, bütün analar qızım Zeynəb Cavadlı və onun balaları ilə həmrəy olsunlar. Hamını - bütün Azərbaycan xalqını, bütün dünyanı bizə kömək etməyə çağırıram, həmrəy olun deyirəm” - S.Cavadlı bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib.
Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Məlumat üçün qeyd edək ki, cütlük uzun illərdir övladlarının himayəsi ilə bağlı mübarizə aparır və bir-birini uşaqları qaçırmaqda ittiham edirlər.
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO










