Bakıda narkoman qadın evə silahla basqın edərək pul tələb edib? - YENİLƏNİB - VİDEO

Bakıda bıçaqla silahlanan qadın evə basqın edib.
Məlumata görə, hadisə ötən gün günorta saatlarında paytaxtın Binəqədi rayonunda eyni adlı qəsəbədə baş verib.
Zərərçəkmiş Lalə Dadaşova bildirib ki, nəvələrini məktəbə yola saldıqdan sonra evdə tək olub. O, bir müddət sonra eyni həyətdə qalan qardaşının oğluna yemək verməyə gedib. Bu zaman evə iki nəfər basqın edib. Dediyinə görə, qadın narkoman olub və ona bıçaqla hücum edərək pul tələb edib.
Lalə Dadaşova iddia edir ki, quldurluq etməkdə şübhəli bilinən qadın qapıdan yox, pəncərədən çıxaraq qaçıb. Sonra məlum olub ki, evdən 400 manat və 1ədəd mobil telefon oğurlanıb.
Qadının müraciətindən sonra ərazi üzrə polis bölməsinin əməkdaşları çox çəkməyib ki, bıçaqla evə basqın etməkdə şübhəli bilinən şəhər sakini Röya Həsənovanı saxlayıblar. Zərərçəkmişin telefonu qadının üzərində aşkar edilib, amma pul olmayıb.
Faktla bağlı bölmədə toplanan material Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı süjetdə:
11:18
Binəqədidə evdən soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a veriən xəbərə görə, Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini olan bir qadın oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb aparmasını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












