Bakıda gəlinini güllələyən kişi tanınmış şəxs imiş - Xəstəxanada öldü - FOTO

Dünən Bakıda gəlinini güllələyərək qətlə yetirən 88 yaşlı Yaşar Dadaşov xəstəxanada dünyasını dəyişib.
57 yaşlı Gülnarə Dadaşovanı qətlə yetirdikdən sonra sirkə turşusu içən Y.Dadaşov bu gün yerləşdirildiyi xəstəxanada vəfat edib.
Yaşar Dadaşov tanınmış şəxsdir. O, Azərbaycanın məşhur dənizçilərindən biridir və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb.
O, bir çox orden və medallara layiq görülübmüş.
Qeyd edək ki, Y.Dadaşov hadisədən sonra gəlinini ailə münaqişəsi zəminində qətlə yetirdiyini bildirib.
O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.
Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir. (Qafqazinfo)


Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












