Bakıda gənc qadın küçədə zorla qaçırılıb? - Açıqlama - VİDEO

Sosial şəbəkələrdə Bakının mərkəzində gənc qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdə bir neçə şəxsin Nərimanov rayonu Həsən Əliyev küçəsində bir qadına qarşı zorakılıq etməsi əks olunub. İddia edilib ki, qadın iradəsinə zidd şəkildə avtomobilə mindirilərək qaçırılıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 26-sı baş verib:
“Nərimanov rayonunda DİN-in “102” Xidməti Zəng Mərkəzinə naməlum şəxsin bir qadını məcburi şəkildə avtomobilə əyləşdirmək istəməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməliyyat qrupu çıxıb. Həmin şəxslər müəyyən olunaraq Polis Şöbəsinə dəvət ediliblər.
Araşdırmalarla məlum olub ki, onlar 5 ildir ki, birlikdə digər ölkədə yaşayırlar və Bakıya qısamüddətli səfərə gəliblər. Həmin gün isə tərəflər arasında qısqanclıq zəminində sözlü mübahisə yaranıb və hadisənin baş verməsində kriminal tərkibli əlamətlər yoxdur. Toplanmış material əsasında 16-cı PŞ-də təhqiqat araşdırmaları aparılıb. Tərəflərin izahatları alınıb, şikayət tələbi olmadığı üçün onlar sərbəst buraxılıblar”.
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO












