Bakıda güclü külək 11 ağacı sındırdı - VİDEO - FOTO

Ötən gün axşam saatlarından etibarən Bakı şəhərində əsən güclü külək ciddi fəsadlara səbəb olmasa da, bəzi ağaclara ziyan vurub. Küləyin təsirindən şəhərdə 11 ağac sınıb, 19 ağacın budaqları qırılıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Qeyd edilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bütün gecəni gücləndirilmiş iş rejimində çalışıblar. Birliyin mobil qrupları operativ şəkildə sınan ağacların kəsilməsini, zədələnənlərin budanmasını və ərazinin təmizlənməsini təmin ediblər.
Birlikdən verilən məlumatda o da qeyd edilib ki, ağaclar da canlı orqanizmdir, “xəstələnir, ömrünü başa vurur”:
“Bütün dünya ölkələrində olduğu kimi, bizdə də güclü küləkdən ağaclar sına bilir. Mövsüm ərzində birliyin əməkdaşları tərəfindən sınan ağacların yerinə Abşeron iqliminə uyğun yeni ağaclar əkiləcək”. (oxu.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












