Bakıda iki avtomobilə naməlum şəraitdə zərər yetirilib - FOTO

Bakının Nəsimi və Binəqədi rayonu ərazilərində müəmmalı hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, Nəsimi rayonu 20 yanvar küçəsində dayanmış 90-FB-858 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobilin alın şüşəsində güllə izinə bənzər zədə düşüb. Eyni zədə Binəqədi rayonu Adil Məmmədov küçəsində yerləşən KIA markalı avtomobilin üzərində də aşkarlanıb. Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Ekspertiza şöbəsinin əməkdaşları cəlb ediliblər. Hadisə yerindən nümunələr götürülüb.
Paytaxtın Binəqədi rayonunda odlu silahla hansısa şəxsə xəsarət yetirilməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Binəqədi və Nəsimi rayonlarında park edilən iki avtomobilə yad cisimlə zərər vurulması üzrə daxil olan məlumat üzrə araşdırma aparılır. Avtomobillərə baxış keçirilib, müvafiq ekspertiza təyin edilib.
apa
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












