Bakıda imtahana gedən qız özünü 16-cı mərtəbədən atdı

Bakıda intihar hadisəsi olub.
Hadisə Nizami rayonu “Qara Qarayev” metro stansiyası yaxınlığında qeydə alınıb.
Paytaxt sakini 18 yaşlı L.Seyfullayeva burada yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.
İddialara görə, L.Seyfullayeva Hövsan qəsəbəsində yaşayıb. Onun kollec tələbəsi olduğu bildirilir.
İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, L.Seyfullayevanın hadisə baş verən günü imtahana getdiyi bildirilir. Belə ki, onun imtahan vermək üçün evdən çıxdığı, lakin özünü binadan ataraq intihar etdiyi məlum olub.
Hazırda faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.
Bakıda imtahana getmək adı ilə çıxan və özünü 16-cı mərtəbədən ataraq intihar edən 18 yaşlı Lalə Elxan qızı Seyfullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin Məktəbəqədər təhsil ixtisasının ikinci kurs tələbəsi olub.
Tələbənin dərsləri ilə bağlı hər hansı ciddi problem və narahatlıq qeydə alınmayıb.
Məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır. (lent.az)
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












