Bakıda iş yoldaşını stəkanla vurub öldürən şəxsə hökm oxunub

Bakıda iş yoldaşının başından stəkanla vurub öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Möhsün Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı təqsirləndirilənin 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ittihama görə, M.Abdullayev mübahisə zəminində masanın üzərində olan stəkanla Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Möhsün Abdullayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub. 55 yaşlı M.Abdullayev 1997-ci ildə 8 il məhkum olunub.
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ
Ağdaşda VAZ su kanalına düşdü
Bakıda müğənnini küçədə DÖYDÜLƏR - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü - VİDEO
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO










