Tovuzda avtomobil təmiri sexində yanğın baş verib

Tovuzda avtomobil təmiri sexində yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Aşıq Mikayıl Azaflı küçəsinin kəsişməsində Elburus Həsənova aid avtomobil təmiri sexində qeydə alınıb.
İlkin ehtimala görə, qısa qapanmadan yaranan alov təmir sexini ağuşuna alıb. Sexdə hadisə zamanı 5 avtomobil olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 110 m² sahədə, içərisində təmirə dayanan “Ford” markalı yük və “Renault” markalı minik avtomobilləri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












