Bakıda kişini ölümcül döydülər: DİN hərəkətə keçdi - VİDEO

Bakıda küçənin ortasında kişi ölümcül döyülüb.
Avtosfer.az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, hadisə Nəsimi rayonu üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun ikisində gecə saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb:
“Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir”.
Qeyd edək ki, döyülən şəxs ölməyib. O, ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. (Oxu.az)
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












