Bakıda məşhur ticarət mərkəzinin qarşısında qadını maşın vurdu - VİDEO - YENİLƏNİB

Nəsimi rayonunun Neftçilər prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın vəziyyəti açıqlanıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzindən birgə məlumat verilib.
Bildirilib ki, fevralın 18-də saat 22:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, Dəniz Vağzalının yerləşdiyi ərazidən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü şəxs (qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Pasiyentə epidural qansızma diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə birgə məlumatda bildirilib./oxu.az
***14:30
Nəsimi rayonunun Neftçilər prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadanın vəziyyəti məlum olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, fevralın 11-də saat 22:01 -də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, Neftçilər prospektindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 23 yaşlı şəxs (qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", - deyə məlumatda vurğulanıb./oxu.az
***12:18
Nəsimi rayonunun Neftçilər prospektində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə fevralın 18-də saat 21:50-də qeydə alınıb.
"KIA markalı 99-QV-175 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vəlizadə Səbrin yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən Fərdan Ədilovanı vurub. Hadisə nəticəsində piyada xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
***
Bakının Nəsimi rayonunda mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Cresent Mall" Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.
Hadisənin baş verməsinə səbəb piyadanın yolu sürətli nəqliyyat axını olan yerdən keçməyə cəhd etməsi olub.
Faktın dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












