Bakıda narkotikə görə üç nəfər saxlanıldı - VİDEO

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramin Cəlilov, 1995-ci il təvəllüdlü Bəxtiyar Eliyasov və 1966-cı il təvəllüdlü Samir Sultanov saxlanılıblar. Onların üzərindən 2 kiloqrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, R.Cəlilov, B.Eliyasov və S.Sultanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Nəsimi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












