Bakıda Neft Emalı Zavodunda YANĞIN - YENİLƏNİB

Hadisə 18 İyun 2026 09:41
Bakıda Neft Emalı Zavodunda YANĞIN     - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyi Neft Emalı Zavodundakı yanğınla bağlı məlumat yayıb.

FHN-dən Avtosfer.az-a bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

***09:11

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hazırda zavodun işçiləri təxliyə edilir.

Əlavə məlumat veriləcək.

Oxunub : 666
ŞƏRH YAZ
Ad

E-mail

Şərh