Bu avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Azərbaycanda sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Xəzər TV"yə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, hazırda belə avtomobillərin istismarı qaydalarının tənzimlənməsi ilə bağlı qanunverici orqanlarda müzakirələr aparılır.
Ekspertin sözlərinə görə, avtonom nəqliyyat vasitələri hazırda dünyanın bir çox ölkəsində geniş yayılıb. Belə nəqliyyat vasitələrində naviqasiya sisteminə müvafiq ünvanı daxil etmək kifayətdir ki, avtomobil sərnişini təyin olunmuş ünvana təhlükəsiz şəkildə çatdırsın.
Elməddin Muradlı həmçinin onu da vurğuladı ki, avtonom nəqliyyat vasitələrinin hərəkəti üçün tətbiq olunacaq qaydaları hazırlayarkən risklər də nəzərə alınmalıdır.
Avtomobillərin məcburi utilizasiyası məqsədəuyğun deyil - ƏRŞAD HÜSEYNOV
Azərbaycanda indiyə kimi nə qədər avtomobil utilizasiyaya verilib? – AÇIQLAMA - VİDEO + FOTOSESSİYA
Kişilərin maşınları qadınlardan üstün tutduqları təsdiqləndi
Avtomobildə yaşın fərqi varmı? - FOTO
Direktor: “Niva” da “Gelandewagen” kimi olacaq - FOTO
Avtomobil idxalında kəskin azalma: Maşın bazarını nə gözləyir?
“Qara şüşə” ilə bağlı sürücülərə ekspertdən VACİB açıqlama
Traktorlarda metal təkər dövrü qayıdır
Elektromobilin səsini köhnə təkərlə azaltdılar
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Avtomobil bazarında son vəziyyət AÇIQLANDI
Turist cəlb etmək üçün avtomobilsizləşdirmə - FOTOLAR










