Bakıda "parkovşiklər" AYNA -ya hücum etdi: maşınları əzib, əməkdaşları döydülər - İNSİDENT

Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında "parkovşiklərlə" AYNA əməkdaşları arasında insident yaşanıb. Avtosfer.az-ın məlumatına görə, baş vermiş hadisəylə bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara əsasən, qazi adından istifadə edən bir qrup insan qeyd edilən ərazidə şlaqbaumla yolu bağlayaraq parklama yeri kimi işlədirlər.
Həmçinin parkinq zonasından istifadə edən sürücülərdən istəklərinə uyğun şəkildə məbləğ alırlar. Yaranmış vəziyyətlə bağlı "Azparking"in və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları əraziyə yaxınlaşaraq dövlət tərəfindən qanuna uyğun şəkildə parkinq yerinin düzəldilməsinin bildiriblər. Belə ki, qurumun əməkdaşları ərazidə parklanma zonalarına aid yol nişanlarının, xətlərin çəkilməsinin vacibliyini vurğulayıblar.
Hadisədən xəbər tutan qazi adından istifadə edən şəxslər əraziyə gələrək aidiyyəti qurumun üzvləriylə münaqişə etməyə başlayıblar. İddia olunur ki, insident zamanı onlar AYNA-nın məsul əməkdaşına xəsarət yetirib və qurumun avtomobilini zədələyiblər.
Nərmin
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












