Qadın həyat yoldaşını evdə ərzaq məhsullarının çatışmazlığına görə döydü - VİDEO - YENİLƏNİB

Bakının Sabunçu rayonunda kişinin keçmiş həyat yoldaşı tərəfindən döyüldüb.
Hadisə Yeni Ramana qəsəbəsində baş verib. Boşandığı qadınla eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Beyrut Mahmudov iddia edir ki, gərginliyə səbəb evə alınan ərzaq məhsullarının tez bitməsi və qadının azyaşlı övladlarının gözü qarşısında söyüş söyməsidir.
Beyrut Mahmudov ötən gecə saat 2 radələrində Sabunçu rayon xəstəxanasına müraciət edib. Ona boğazın əzilmiş yarası diaqnozu qoyulub, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
O, deyir ki, uşaq evində böyüyüb, peşə təhsili aldıqdan sonra fərdi evlərin tikintisində fəhlə kimi çalışıb. O, Ceyhunə Məmmədova ilə 2010-cu ildə ailə qurub. Tərəflər 2018-ci ildə boşanıblar. Amma bir müddətdir ki, yenə bir yerdə yaşayırlar.
Hadisədə adı hallanan Ceyhunə Mahmudovanın da fikirlərini öyrəndik. Qadın kamera qarşısında müsahibə verməkdən imtina edib. O, keçmiş həyat yoldaşına əl qaldırmadığını bildirib.
“Beyrut Mahmudov aliment iddiaları ilə razılaşmayıb.”
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla əlaqədar təhqiqat araşdırmaları başlanıb, müvafiq ekspertizalar təyin edilib.
***
Bakının Sabunçu rayonunda keçmiş arvadı tərəfindən döyülən kişi xəstəxanaya yerləşdirilib.
Yeni Ramana qəsəbəsində boşanmış həyat yoladaşı ilə eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Mahmudov Beyrut Xurşud oğlu keçmiş həyat yoldaşı Mahmudova Ceyhunə İmdad qızı tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Qeyd edək ki, zərərçəkən hadisəni "Report"a təsdiqləyib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












