Bakıda qəribə hadisə: Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı

Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yerləşən daş karxanasında bıçaqlanma hadisəsi törətmiş şəxsə hökm oxunub.
Karxanada işləyən Misir adlı şəxsə bıçaqla xəsarət yetirmiş iş yoldaşı, 1996-cı il təvəllüdlü Aslan Xasıyev (soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü (sağlamlığa ağır zərər vurma və xuliqanlıq) maddələri ilə məsuliyyətə cəlb edilib.
Belə ki, hadisədən əvvəl Aslan işdə spirtli içki qəbul edib. Bundan az sonra iş yerinin rəhbərliyi onu çağıraraq işdə spirtli içki qəbul etməyin yolverilməz olması barədə xəbərdarlıq edib. Aslan iş yoldaşı Misirin onun barəsində rəhbərliyə məlumat verməsini düşünüb və onunla mübahisə edib.
Mübahisə zəminində 27 yaşlı şəxs iş yoldaşına bıçaqla xəsarətlər yetirib. Xoşbəxtlikdən Misirin həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses noyabrın 11-də bitib. Məhkəmə Aslana xuliqanlıq maddəsi üzrə bəraət verib. Amma o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (publika.az)
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












