Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olan kişi itkin düşdü - FOTO

Sabunçu rayonu Balaxanı qəsəbəsi Həsən Əliyev küçəsində yaşayan 1970-ci il təvəllüdlü Məmmədov Qəhrəman Məmməd oğlu iyulun 14-də evdən çıxaraq itkin düşüb.
DİN-dən Avtosfer.az-a bildirilib ki, bu barədə onun yaxınları Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib. Qəhrəman Məmmədov evdən çıxarkən əynində göy rəngli cins şalvar, yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqqabı olub. Boyu 175-sm, saçlarının rəngi ağ, gözlərinin rəngi qəhvəyidir. Q.Məmmədov arıq bədən quruluşludur.
Yaxınlarının polisə verdiyi məlumata görə itkin düşən şəxs ruhi-əsəb xəstəsidir və Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ruhi-əsəb dispanserində qeydiyyatdadır. Q.Məmmədovu tanıyanlar və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Sabunçu Rayon İdarəsinin 12-ci Polis Şöbəsinin 012-450-02-02 və 055-805-93-93 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












