Bakıda sərxoş vəziyyətdə "Formula-1" yoluna çıxan şəxs həbs edildi

Bakıda spirtli içki qəbul edib "Formula-1" yarışının keçirildiyi yola çıxan şəxs həbs edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Cəlal Quliyev (adı və soyadı şərtidir) metronun "Sahil" stansiyası yaxınlığındakı yolda hərəkətin məhdudlaşdırıldığını görüb. O, ərazidə xidmət aparan Daxili Qoşunların (DQ) əməkdaşlarına yaxınlaşaraq, həmin yolla hərəkət etmək istədiyini bildirib, yolda hərəkətin məhdudlaşdırılmasına etiraz edib. DQ əməkdaşları onunla söhbət apararaq yolun "Formula-1" Qran-prisi ilə bağlı bağlanıldığını desələr də, sərxoş şəxs onlara məhəl qoymayıb. O, ərazidə xidmət aparan şəxslərə müqavimət göstərib. Polis əməkdaşları tərəfindən C.Quliyev saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə C.Quliyev 30 sutka inzibati qaydada həbs edilib.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












