Bakıda şirkət menecerinin şok fırıldağı üzə çıxdı - Həbs edildi

Bakıda işlədiyi xarici şirkətə məxsus külli miqdarda pulu gizli yolla ələ keçirməkdə ittiham edilən şəxs məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl Türkiyənin “FCB Artgroup” şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciətdə bildirilib ki, şirkətin Azərbaycandakı nümayəndəliyində reklam üzrə mütəxəssis (əmək müqaviləsi üzrə SMM meneceri) vəzifəsində işləmiş 1990-cı il təvəllüdlü Elçin Tağıyev gizli yolla şirkətə məxsus 160 min dollardan çox pulu mənimsəyib.
Müraciət əsasında aparılan araşdırmalar zamanı fakt təsdiqini tapıb. Məlum olub ki, Elçin şirkətin sosial şəbəkə səhifələrində reklamların yerləşdirilməsi üçün səlahiyyətə malik olub. O, şirkətə məxsus bank kartlarını sosial şəbəkələrə daxil edib. Lakin təyin edilmiş məbləğlərdə reklam paylaşımları etməyərək 500 min dollarlıq reklam büdcəsinin 160 min dollarını özünə yönləndirib. O, işlədiyi şirkətə məxsus bank kartları ilə digər reklam verən şəxs və qurumların reklamını həyata keçirib və 170 min dollara yaxın pul əldə edərək özününküləşdirib.
Bundan sonra SMM meneceri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 177.3.2-ci maddələri (mənimsəmə və oğurluq- külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. İstintaq müddətində polisin nəzarəti altında olan və başqa şirkətdə dijital menecer vəzifəsini tutan Elçin Tağıyevə dekabrın 8-də hökm oxunub. Hökmə əsasən, ona 2 il müddətə reklam işi sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il həbs cəzası verilib. Elçin Tağıyev məhkəmə zalındaca həbs edilib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












