Bakıda tələbə tanımadığı evin tualetinə girdi - Qızılları oğurladı

Bakıda qeyri-adi oğurluq olub. Avtosfer.az xəbər verir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı Qurban Babayev (ad və soyad şərtidir) küçədə sərxoş halda gəzərkən qəfil qarınağrısı tutub və o, təbii ehtiyacını ödəməyə yer axtarıb. Evlərdən birinin qapısında açarı üzərində olan qıfıl görüb. O rahatca evə daxil olub. Təbii ehtiyacını bitirəndən sonra 400 manat dəyərində olan qızıl boyunbağını da götürərək aradan çıxıb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış yerinə, binaya və s. qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən Qurban Babayev ifadəsində bildirib ki, həmin gecə restoranda dostları ilə birgə spirtli içki qəbul edərək, sərxoş olub. O, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini deyib. Həmçinin Qurban məhkəmədən tələbə olmasını da nəzərə alaraq, barəsində yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkən şəxs isə deyib ki, səhər saat 5 radələrində evə kiminsə daxil olduğunu hiss etsə də, qorxusundan səsini çıxarmayıb:
"Həmin şəxs evdə axtarış apardı. O, bir müddət evdə qalandan sonra telefonuna zəng gəldi və mənzildən çıxıb getdi. Sonra qızıl yerinə baxanda gördüm ki, 400 manat dəyərində qızıl qolbağım və boyunbağım yoxdur. Atamın sözü ilə polisə şikayət etdim. Lakin sonradan dəyən ziyan tam ödənildi".
Zərərçəkən qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini istəyib. Səbail Rayon Məhkəməsinin qərarı ilə Qurban Babayevə 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. (Lent.az)
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










