Bakıda yanan binanın damından tüfeyli həyat sürən kişini düşürdülər - VİDEO - FOTO

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Dərhal FHN-in Dövlət Yanğında Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və hər an genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnika - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı binanın damında tüfeyli həyat tərzi keçirən bir nəfər kişi yanğınsöndürənlər tərəfindən xilas olunub.
Yanğın nəticəsində binanın ümumi sahəsi 1470 m² olan dam örtüyünün taxta atmaları təxminən 26 m² sahədə yanıb, yüksək temperaturdan taxta atmalar 25 m² sahədə qarsalanıb. Mənzillər və dam örtüyünün böyük hissəsi yanğından mühafizə olunub.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












