Bakıda yol üstündə öldürülən maklerin oğlu danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Lent.az"a istinadən məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.
Şahid Səbuhi Əliyev mübahisənin sözlü münaqişə ilə başladığını deyib:
"Dava maşın qapısının bir-birinə dirənib açılmamasına görə baş verdi. Hamı bir-biri ilə mübahisəyə, əl-qol hərəkətləri ilə dava etməyə başladı. Maksim dedi ki, nömrə ver, görüşərik sonra. Hər ikisi bir-birinə nömrə verdilər. Maksim mənə də xəsarət yetirdi, məqsədi öldürmək idi. Atamı öldürdüsə, məni də öldürmək onun üçün nə idi ki?".
Təqsirləndirilən M. Əhmədov isə deyilənlərlə razılaşmadığını, S. Əliyevi yaralamadığını, məqsədinin sadəcə onu qorxutmaq olduğunu bildirib.
Məhkəmə növbəti şahidlərin dindirilməsi üçün növbəti prosesi 25 dekabr 15:00-a təyin edib.
Xatırladaq ki, 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












