Bakının mərkəzi küçələrində yağış barmaqlıqları OĞURLANDI – FOTO - VİDEO

Paytaxtda qəribə oğurluq hadisəsi baş verib. Belə ki, bayram günlərində paytaxtın mərkəzi küçələrində xeyli sayda yağış barmaqlıqları çıxarılaraq oğurlanıb.
Apardığımız araşdırmalar zamanı şəhərin Füzuli və Süleyman Rüstəm küçələrində xeyli sayda yağış barmaqlıqlarının oğurlandığını müəyyən etdik.
Bu da hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaradır. Çünki, çıxarılan barmaqlıqları bəzən sürücülər çox gec müəyyən edirlər. Məhz bu təhlükənin qarşısını almaq üçün sürücülər xəbərdarlıq üçün çıxarılan barmaqlıqların yerinə köhnə şinlər qoyublar. Bu müəyyən qədər təhlükəni aradan qaldırsa da, sürücünü təhlükədən 100 faiz sığortalamır.
Bir məqamı da qeyd edək ki, oğurluq hadisəsi əsasən şəhərin mərkəzi küçələrində baş verib. Halbuki, bu küçələrdə kifayət qədər müşahidə kameraları var.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bayram günlərində belə oğurluq halları kütləvi olub:
“Təkcə Füzuli və Süleyman Rüstəm küçələrində deyil, digər yollarda da xeyli sayda yağış barmaqlıqlarının oğurlandığını müəyyən etmişik. Hazırda bununla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. AAYDA isə öz növbəsində ən qısa zamanda oğurlanan yağış barmaqlıqlarının yenisi ilə əvəzlənməsi istiqamətində işə başlayıb”.
Faktla bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlandıq. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq məsələnin araşdırıldığını bildirib.
Mövzunu diqqətdə saxlayacağıq:
bizim.media

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












