Bakının mərkəzində qadına qarşı əxlaqsız hərəkət edən şəxs həbs edildi

Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində, Nizami küçəsində qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, naməlum şəxs sentyabrın 1-də saat 20 radələrində piyadaların hərəkət etdiyi ərazidə mağazadan çıxan iki qadına yaxınlaşıb. O, qadınların birinin geyiminə və bədəninə əl ataraq əxlaqsız hərəkətlər etməyə başlayıb. Qadının qışqırmasını və ətrafa digər şəxslərin yaxınlaşdığını görən şəxs daha sonra qaçaraq ərazidən uzaqlaşıb.
Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu, Şıxzahırlı kənd sakini 1994-cü il təvəllüdlü R.Babayev (şərti) olması müəyyən edilib. O, saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilib və barəsində inzibati protokol tərtib edilib.
Saxlanılan şəxs daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə deyib ki, hadisə vaxtı həddindən artıq sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməyib:
“Həmin gün günorta saat 4-5-də metronun “28 May” stansiyası yaxınlığındakı kafelərdən birində 10-12 bakal spirtli içki (pivə) içmişdim. Axşam saat 7 radələrində Səbail rayonunda yerləşən Malakan bağına gəldim. Bir müddət orada və yaxınlıqdakı Nizami küçəsində gəzişdim. Saat 8 radələrində oradakı mağazadan 2 qadının çıxdığını gördüm, içkinin təsiri altında öz hərəkətlərimi idarə edə bilmədiyimə görə onlardan birinə yaxınlaşaraq əlimlə toxundum. Daha sonra taksi ilə evə getdim. Ümumiyyətlə, içki içən deyiləm, bu əməli törədərkən içkili olduğuma görə özümdə olmamışam”.
Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq etmiş şəxsə 5 sutka inzibati həbs cəzası verilib.
Maşınla vurulan piyada xəstəxanada öldü - FOTO
Düzgün yüklənməyən yük maşını dik yoxuşda aşdı – VİDEO
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə
Bir ildir axtarılan qadının meyiti öz həyətindən çıxdı: OĞLU ÖLDÜRÜBMÜŞ - RƏSMİ
28 saat yatmayan sürücü məhkəməyə verildi
Gecə saatlarında “BYD” alovlanıb yararsız hala düşdü - VİDEO
Turist yol polisinə bıçaqla hücum etdi; qaçarkən ayağından vuruldu – VİDEO
Bakıda maşın salonu yandı - VİDEO
DTX-dən vətəndaşlara çağırış: Azərbaycan nömrələri ilə saxta hesablar yaradılır
Bazar günləri yük avtomobillərinin hərəkətinə icazə verilməsi narazılıq doğurdu










