Bakının Xəzər rayonunda neft oğruları peyda olub - VİDEO

Bakıda mədən ərazisindən müxtəlif vaxtlarda 2 ton neft oğurlamaq istəyən şəxslər yaxalanıb.
Avtosfer.az xəbər verir ki, son günlər H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) mədən ərazisində yerləşən neft anbarlarından bir neçə oğurluğa cəhd olub. Məmmədzadə Zamiq Mahir oğlu 968 saylı işlək neft quyusunun yaxınlığında yerləşən yeraltı neft anbarından xam neft oğurlamaq istəyərkən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji obyektlərinin təhlükəsizliyini təmin edən mühafizəçilər onu yaxalayıb. Əraziyə baxış keçirilərkən məlum olub ki, Z.Məmmədzadə xam nefti özü ilə gətirdiyi xüsusi nasos vasitəsilə 99-EN-365 nömrəli “Ford” markalı avtomobilin daxilinə yerləşdirdiyi 2 ton tutumu olan plastik çənə doldurmağı planlaşdırıb. Oxşar oğurluğa cəhd halı bir neçə gün öncə 1558 saylı neft quyusunun yaxınlığında yerləşən çəndə də qeydə alınıb. Emin Bəkirov gecə saat 03:00 radələrində 99-VF-168 nömrəli “Ford” markalı avtomobil ilə xam neft oğurlamaq istəyərkən mühafizəçilər onu yaxalayıb. Hər iki faktla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib və oğurluğa cəhd edən şəxslər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












