Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hazırda hər an dağılmaq təhlükəsi ilə üz-üzədir.
Kənd sakinləri bildirir ki, evin alt qatının daşları artıq çökərək küçəyə tökülüb. Onlar evin növbəti günlərdə tamamilə uçacağından və böyük tarixi mənzilin yox olacağından qorxurlar.
Xatırladaq ki, bundan öncə də Xalq şairi Sabir Rüstəmxanlı A. Bakıxanovun Qubanın Amsar kəndində yerləşən ev-muzeyinin yararsız vəziyyətdə olması ilə bağlı narahatlığını dilə gətirmişdi.
Qeyd edək ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakı şəhərinin Əmircan kəndində anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirib.
Sumqayıtda yol çökdü - FOTO
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












