Bankomatların yanında fırıldaqçılar peyda olub – Diqqətli olun!

Bakıda bankomatların yanında dayanan bəzi şəxslər fırıldaqçılıqla məşğul olur. Avtosfer.az-a müraciət edən vətəndaşlar bildirir ki, onlar yeni üsulla insanları aldadır və iş polisə düşür. Belə ki, müxtəlif üsullarla başqalarının bank hesabına girib pulu ələ keçirən kibercinayətkarlar xüsusi adamların köməyindən istifadə edir. Onlar bankomatların yanında dayanıb öz qurbanlarını gözləyirlər. Hədəfi seçəndən sonra yaxınlaşıb müxtəlif üsuallarla kömək istəyirlər. Məsələn, xahiş edirlər ki, bank kartı evdə qalıb, telefonla həmin şəxsin kartına pul köçürsün, o da nağdlaşdırıb ona qaytarsın. Qarşı tərəf razılıq verdikdə dərhal onun kartına müəyyən məbləğdə pul köçürülür. Qurban seçilmiş şəxs də bankomatda pulu nağdlaşdırıb həmin şəxsə verdikdən sonra naməlum şəxs yoxa çıxır. Bi qədər sonra isə işə polis qarışır və kart sahibinin kiminsə hesabından pul oğurladığı üçün çıxır. Beləcə, iş qəlizləşir. Kart sahibi ilk növbədə hesabdan çıxarılan pulu qaytarmalı olur. Sonrasına isə istintaq orqanları qərar verir.
Odur ki, belə hallarla rastlaşanda polisə məlumat vermək və ya mədəni qaydada ona kömək etməkdən imtina etmək lazımdır.
Nərminə
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












