Baş nazirin sabiq müavini vəfat etdi - FOTO

Ədəbiyyatşünas Kamil Vəli Nərimanoğlu 77 yaşında vəfat edib.
Professor ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, tənqidçi, ədəbiyyatşünas, türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli Nərimanoğlu 1946-cı ilin avqustun 18-də Cəbrayıl rayonu Cəbrayıl qəsəbəsində doğulub. 1970-ci ildə BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
K.Nərimanoğlu 1989-cu ildə professorluq dərəcəsi alıb, 1988-1998-ci illərdə universitetdə Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik edib, Böyük Elmi Şuranın üzvü olub.
1990-cı ildə Səlcuq Universitetinin fəxri doktoru adını alıb. Həmçinin Türkiyə Linqvistika Cəmiyyətinin müxbir üzvü idi.
Nərimanoğlu 1991-1992-ci illərdə Türkiyənin Ege Universitetində, 1999-2000-ci ildə Şimali Kiprin Şərqi Akdəniz Universitetində dərs deyib. Türkiyənin nüfuzlu elmi təşkilatlarından Türk Dil Qurumunun, Atatürk Kültür Mərkəzinin və Türk Folklor Qurumunun fəxri üzvü, Səlcuq Universitetinin fəxri professoru idi.
Türkiyənin İstanbul Yeditəpə Universitetində dərs deyirdi və Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinə rəhbərlik edirdi.
O, 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləmişdi.
1998-ci ildə elmi araşdırmalarına və Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin inkişafına görə Türkiyə Respublikası prezidentinin fərmanı ilə “Şərəf və Ləyaqət nişanı” ilə təltif edilmişdi. 2002-ci ildə xidmətlərinə görə Türkiyə Nazirlər Kabineti yanında Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin, Türk Dil Qurumunun mükafatlarını almışdır. 2004-cü ildə Bilkənd Universiteti və Türk Mədəniyyətinə Xidmət Vəqfi tərəfindən dünyaca məşhur dörd elm və mədəniyyət xadimi ilə birgə mükafatlandırılmışdı. Həmin il Qırğızıstanda Çingiz Aytmatov Akademiyasının fəxri üzvü seçilmişdi.
Azərbaycan oxucusu Kamil Vəli Nərimanoğlunu ilk növbədə “Elin yaddaşı, dilin yaddaşı” əsəri ilə tanıyıb. (report)
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












