Benzin doldurub qapağını bağlamadı, taxta ilə döydülər - Sumqayıtda ŞOK OLAY

Sumqayıtda yanacaqdoldurma məntəqəsində dava olub.
Avtosfer.az xəbər verir ki, hadisə Dəmiryolu vağzalının yanında yerləşən “Aİ 97” adlı məntəqədə baş verib. E. H. idarə etdiyi “VAZ-21015” markalı avtomobilə yanacaq doldurmaq üçün məntəqəyə daxil olub. Burada işləyən operator F. B. benzin doldurub bitirəndən sonra avtomobilin çəninin qapağını bağlamayıb.
Bu səbəblə operator və sürücü E. H.-nın sərnişini olan dostu E. M. arasında mübahisə yaranıb. Bu zaman iddiaya görə F. B. qarşı tərəfi söyüb. Bundan hiddətlənən E. M. axşam radələrində yanacaqdoldurma məntəqəsinə tək gələrək həmin işçi ilə yarım qalan məsələni bitirmək istəyib. Belə ki, digər işçilərin gözü qarşısında əlindəki taxta parçası ilə F. B.-nın bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq, ona xəsarət yetirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalarla şəxsə qarşı zor tətbiq olunması yaxud özgə əmlakının zədələnməsi) maddəsi ilə cinayət işi açılıb.
Məhkəmə E. M. barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qərarı verib.
lent.az
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










