Bərbərin bədənində kəsmədiyi yer qalmadı - TƏFƏRRÜAT - VİDEO

2022-ci il dekabrın 16-da Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 174 ünvanında yerləşən kişi salonunda paytaxt sakini İlkin Qurbanlının meyiti aşkar edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayəti törədən İsmayıllı rayon sakini, 1994-cü il təvəllüdlü İsmət Qədirov saxlanılıb.
İstintaqla müəyyən edilib ki, oktyabrın 1-də aralarında yaranan mübahisədən sonra İsmət Qədirov İlkin Qurbanlının ortaq tanışlarının yanında onun barəsində nalayiq ifadələr işlətməsini düşünüb. Bunu bəhanə edən İsmət dekabrın 16-da saat 13 radələrində salona gələrək, üzərindəki mətbəx bıçağı ilə İlkinə zərbələr vuraraq, onu öldürüb.
İş üzrə dindirilmiş İsmət Qədirov bildirib ki, 4 ildir bərbərlik fəaliyyəti ilə məşğuldur. İlkin Qurbanlını 2022-ci ilin may ayından tanıyıb. O, İlkin və Vüsal adlı şəxs eyni kişi salonunda çalışıblar.
Onun sözlərinə görə, satmaq məqsədilə bir tanışından ətirlər alıb. İlkinin Elməddin adlı tanışı 2022-ci il sentyabrın 20-də ondan bir ədəd ətir götürüb və pulunu sonra verəcəyini deyib. Amma bir neçə gün keçsə də, həmin şəxs pulu verməyib. Oktyabrın 1-də borca görə salonun elektrik enerjisi kəsilib. Vüsal təxminən 90 manat borclarının bir hissəsini vermək lazım olduğunu söyləyib. Həmin gün onun üzərində 23 manat pul olub. İlkinə deyib ki, tanışı Elməddinin götürdüyü ətirin pulundan heç olmasa 10 manat versin, amma iş yoldaşı üstündə cəmi 5 manat olmasını bildirib və “ətir satanın” ünvanına nalayiq ifadə işlədib.
Ətir satdığı üçün İlkindən kimi söydüyünü soruşduqda, İlkin ona ətir gətirənləri nəzərdə tutduğunu deyib. Müştəri az gəldiyinə və iş zəif olduğuna görə o, oktyabr ayında həmin salondan çıxaraq, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində icarəyə yer götürüb. Amma orada da çox işləməyib. Noyabrın ortalarında əvvəl işlədiyi salona gedib. Müştərilərin yanında onun barəsində nalayiq ifadələr işlətdiyini soruşanda, İlkin onun haqqında pis heç nə söyləmədiyini deyib. Dekabrın 11-də 20 Yanvar küçəsində icarəyə yeni yer götürüb, yenidən bərbərlik fəaliyyətinə başlayıb. Öz müştərilərinə bu barədə xəbər etsə də, bəziləri onun yanına gəlməkdən imtina edib. Ürəyində şübhə yaranıb ki, İlkin müştərilərin yanında onun arxasınca danışıb, amma bunu ona üzbəüz deyə bilməyib.
Dekabrın 16-da İlkini öldürmək qərarına gəlib və bu məqsədlə xırdavat dükanından mətbəx bıçağı alıb. Saat 12 radələrində İlkinin işlədiyi salona yollanıb. İçəri keçəndə İlkinin paltar şkafının qarşısında telefonda nəyəsə baxdığını görüb. Gödəkçəsinin iç cibindən bıçağı çıxararaq cəld şəkildə onun ürək nahiyəsinə güclü zərbə vurub. Daha sonra İlkinin bədəninə və ayaqlarına da çoxsaylı xəsarət yetirib. Salonda olan İlkinin iş yoldaşlarından Sahillə Əfqan bıçağı İsmətin əlindən almağa çalışanda hər ikisi əllərindən xəsarət alıb. İlkin isə aldığı xəsarətlərdən elə yerdə uzanıqlı vəziyyətdə keçinib. Daha sonra polis əməkdaşları gəliblər və onu polis şöbəsinə aparıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmət Qədirov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi - FOTO
Bakıda piyada sürücüyə hirslənib maşının üstünə dırmaşdı - REAL VİDEO
Buzlu yollarda maşınlarında köməksiz qalan şəxslər xilas edildi - VİDEO
Bakıda boru partladı – Yolu su basdı - VİDEO
"BakuBus" avtobuslarının katalizatorları oğurlandı - Texniki baxış zamanı üstü açıldı
"TikTok"da deputatları və icra başçılarını söydü - 10 sutka həbs olundu
Avtobusu təmir edərkən altında qalan şəxs belə xilas edildi - VİDEO
Masazırda sürücülərə ciddi təhlükə yaradan problem aradan qaldırıldı - FOTO - VİDEO
Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış - FOTO - YENİLƏNİB
İran-Azərbaycan sərhədində pua vuruldu; içindən görün nə çıxdı - FOTO
Küçəni zibilləyən sürücü cəzalandırıldı - 8 sutka həbs olundu











