Bərdədə partlayış: iki nəfər xəsarət aldı

Hadisə 26 Sentyabr 2023 19:00 Oxunub 542
Bərdədə partlayış: iki nəfər xəsarət aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

Hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə 13 saylı binada qeydə alınıb.

Partlayışın ev sahibinin qaz borusunda apardığı təmir işləri zamanı baş verdiyi deyilir.

Qeyd edək ki, hadisə zamanı ev sahibi Cəfərov Sadiq Allahverdi oğlu və həyat yoldaşı müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. (report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh