Bərdədə qadın ərini qətlə yetirdi

Bərdədə qadın həyat yoldaşını qətlə yetirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Şorəli kəndində baş verib.
27 yaşlı Aysu Çərkəzli 28 yaşlı həyat yoldaşı Nurlan Çərkəzlini boynundan bıçaqlayaraq xəsarət yetirib. N.Çərkəzli qanaxmadan vəfat edib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bərdə Rayon Prokurorluğundan bildirilib ki, iyulun 29-da rayonun Şorəli kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam etdirilir
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu
Qayda pozan sürücü onu çəkən qadın sərnişini təhqir etdi - VİDEO
Yaşayış kompleksində park edilmiş “Hyundai” bir anda alova büründü - VİDEO
Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO
Kürdəmirdə sürücü avtomobillə iti vurdu; sürüb qaçdı – VİDEO











