Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çökdü, ölən və 33 yaralı var - FOTO - YENİLƏNİB

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.
TƏBİB-dən verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
***
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd edilib ki, bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcək.
15:15
Bərdədə yas mərasimi zamanı evin döşəməsinin çökməsi ilə əlaqədar araşdırma aparılır.
Bununla bağlı Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Yeni Daşkənd kəndində yas mərasimi zamanı döşəmənin çökməsi nəticəsində 23 nəfər yaralanıb, bir nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
14:31
Bərdədə yas mərasimində yaralanan 23 nəfər xəstəxanaya yerləşdirilib.
Bununla bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd edilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
Bir nəfərdə xəstəxanaya qədər ölüm halı qeydə alınıb. Məlumata görə ölən şəxsin 1958-ci il təvəllüdlü Sarıtel Abbasəli qızı Məmmədova olduğu bildirilir. Digər şəxslərin isə ümumi müayinələri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












