Beyləqanda gəlin qayınatasının evindən qızılları oğurladı - "Elə bildim mənimdi"

Beyləqanda gəlin qayınatasının evindən qızılları oğurlayıb. Avtosfer.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 21 yaşlı Fəridə Hüseynova (ad və soyad şərtidir) qayınatasının evindəki yataq otağının paltar dolabından ümumi qiyməti 2000 manat olan bir cüt sırğa, üzü və boyunbağını oğurlayıb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən Fəridə Hüseynova bildirib ki, 2024-cü ildə ailə qurub. Əri ona toyda bir üzük, bir cüt sırğa, boyunbağı və qızıl bilərzik, ərinin ailəsi isə 2 üzük və 2 bilərzik hədiyyə veriblər:
“Ancaq qızıl taxmağı xoşlamırdım. Ərimin kredit borcları vardı. Qızılları satıb borcları vermək istəyirdim. Həmin qızılların özümə məxsus olduğunu düşünürdüm. Baldızıma məxsus olduğunu bilmirdim”.
İttiham aktına görə, Fəridə həmin qızılları İnstagramdan tanıdığı və sevgi münasibətlərində olduğu şəxsin köməyilə satıb. Beyləqan rayon Məhkəməsinin qərarı ilə Fəridə Hüseynova barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (lent.az)
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












