Bakıda həyat yoldaşı ilə barışmaq istəyən şəxs özünü yandırdı: Bıçaqlananlar var

Bakının Sabunçu rayonunda ailə məişət zəmnində dava zamanı iki nəfər bıçaqlanıb və bir nəfər özünü yandırıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, Hacıyev Əfqan Xanlar oğlunun həyat yoldaşı ailədaxili münaqişə zamanı evdən çıxaraq anasının yaşadığı Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən evə gəlib.
Ə.Hacıyev barışmaq məqsədilə qaynanasının yaşadığı ünvana gəlib. Lakin qaynana 1969-cu il təvəllüdlü Xanım Xalıqova qızının boşanmağını təklif edib.
Bundan hiddətlənən Ə.Hacıyev əvvəlcə benzin içib daha sonra öz üzərinə tökərək yandırıb. Bunu eşidən Ə.Hacıyevin qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib. O, qardaşının yanıq xəsarətləri aldığını görüb əvvəlcə Xanım Xalıqovaya iki bıçaq zərbəsi vurub.
Bundan sonra R.Hacıyev X.Xalıqovanın qardaşı 1963-cü il təvəllüdlü Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Bıçaqlanan şəxslər 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Özünü yandıran Ə.Hacıyev 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












