Biləsuvarda qumbara və avtomat aşkarlandı - FOTO

Biləsuvarda əl qumbaraları və "Kalaşnikov" avtomatları aşkarlanıb.
Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Köhnə Amankənd adlanan ərazisində silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 2 ədəd "F1" əl qumbarası, 2 ədəd "Kalaşnikov" avtomatı və 120 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 16 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını təhvil veriblər.
Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 101 ədəd müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO













