Biləsuvarda toyda mahnı davası: yolun kəsib döydü

Biləsuvarda kişi toyda mahnıya görə döyülüb. Avtosfer.az lent.az-a istinadla xəbər verir ki, hadisə Amankənd kəndində baş verib. Sakinlərdən birinin həyətində keçirilən toy axşamı məclisində mahnı sifarişi üstündə mübahisə yaşanıb. Belə ki, qonaqlardan biri bəyin dayısı oğlu 32 yaşlı Mustafa Bədirovun (adı və soyadı şərtidir) sifariş etdiyi mahnını dayandırıb. Bu zaman onların hər ikisi sərxoş olublar. Onun hərəkəti Mustafanın xoşuna gəlməyib. Nəticədə Mustafa əsəbiləşib və onlar arasında mübahisə başlayıb. Mahnını dayandıran şəxs isə bəyin qonşusu imiş. O, məclisdən çıxıb evinə gedərkən, Mustafa Bədirov ona yaxınlaşaraq sifətinə yumruq zərbələri vurub. Lakin o. sərxoş olduğundan vurduğu zərbələrin sayını xatırlamayıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi başlanıb. Mustafa Bədirov ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirərək, işə xitam verilməsini istəyib. Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs məsuliyyətdən azad olunub.
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib
KMBİ-dən ƏMƏLİYYAT: Kiyevdə azərbaycanlıların kartlarından pul oğurlayanlar tutuldu - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO












