Bloqer və kitabxanaçı müəllimdən hədə-qorxu ilə pul tələb etdilər - 10 il 6 ay həbs olundular

Göyçayda müəllimə hədə-qorxu gələrək vəsaitini ələ keçirməkdə təqsirləndirilən bloqer Anar Hüseynov və Almaz Əhmədovanın cinayət işi üzrə məhkəmə keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Anar Hüseynov 5 il 6 ay, Almaz Əhmədova isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Anar Hüseynov bloqqer fəaliyyəti ilə məşğul olub. Almaz Əhmədova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində kitabxanaçı vəzifəsində çalışıb.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəxs də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində müəllim olaraq çalışıb. İddiaya görə, Anar Hüseynov və Almaz Əhmədova zərərçəkmişə hədə-qorxu gələrək ondan ümumilikdə 3700 manat pul alıb.
Təqsirləndirlən şəxslər ziyanı tam ödəyib və barışıq əldə olunub.
Təqsirləndirilən Anar Hüseynov Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Almaz Əhmədova 182.2.1 ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci ( Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO












