Ağdaşda iki yaşlı uşağın ölümünün DETALLARI MƏLUM OLDU - FOTO

Ağdaşda iki yaşlı uşağın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-ya uşağın babası Kamran İsmayılov məlumat verib.
O, bildirib ki, qızı ailəsi ilə birlikdə Bakıdan gəlirmiş, yolda - Kürdəmirlə Ucar arasında maşını saxlayıb mağazadan badam alıb və həmin badamdan uşağa da verib:
"Bu zaman uşağın halı pisləşib. Onlar uşağı yolüstü Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Daha sonra uşağın halı daha da pisləşdiyindən onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanada həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, iki yaşlı uşaq evin tək uşağı olub.
Faktla bağlı araşdırma aparılır.

***
09:24
Ağdaşda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 26-da saat 20:30 radələrində Ağdam şəhərində qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü Kamran Şükran oğlu İsayev kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.
2 yaşlı körpənin nəfəs borusunda badam qırıntıları qaldığı məlum olub.
Körpə yanvarın 27-də saat 13 radələrində xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












