Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Rusiyada sürücülük vəsiqəsi almaq istəyənləri yeni qaydalar gözləyir. 2027-ci il martın 1-dən etibarən sürücülük imtahanlarının audio və videoqeydiyyatının aparılması nəzərdə tutulur. Yeniliyin əsas məqsədi imtahan prosesində şəffaflığın artırılması və mümkün mübahisəli halların qarşısının alınmasıdır.
Bəs Rusiyada tətbiq olunacaq bu təcrübə Azərbaycanda da reallaşdırıla bilərmi?
Avtosfer.az mizim.media-ya istinadən xəbər verir ki, ekspert Orxan Şərifov Azərbaycanda sürücülük imtahanı prosesinə dair artıq müəyyən texniki tələblərin olduğunu deyib.
Belə ki, nəzəri imtahan zalında videokameralar mövcuddur. Praktiki imtahanlarda isə avtomobillərdən istifadəsi zamanı yürüş prosesini qeydə alan videokameralarla təchiz edilib.
"Sürücülük vəsiqəsinin verilməsi "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin IV-I hissəsinə əsasən təyin olunur. Bu zaman imtahan zalında videokamera olmalı, imtahan prosesi isə interaktiv monitorlarda əks etdirilməlidir. Yəni qanun imtahan zalında videokameranın olmasını nəzərdə tutur. Lakin bu, bütün imtahan prosesinin səs və görüntü ilə fasiləsiz qeydə alınması demək deyil. Hər halda Rusiyada tətbiqi planlaşdırılan audio və videoqeydiyyatında səsin də qeydə alınması məsələsi diqqət çəkir. Əlbəttə ki, Azərbaycanda da Rusiyadakı kimi audio və videoqeydiyyatının tətbiq edilməsi imtahanların şəffaflığını artırmaq və hər hansı mübahisəli vəziyyətin qarşısını almaq üçün faydalı ola bilər".
Ekspert diqqətə çatdırdı ki, belə bir sistemin tətbiq edilə bilməsi texniki cəhətdən mümkün olsa da, həyata keçirilməsi rəsmi qərarla qüvvəyə minməlidir.
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO












